Ağ atım ,qol qanatım
At qədəmin yürtmə yeri !
Aş təpələrdən
Sıldırım tək sərələrdən
Selə sınmış dərələrdən
Bu nə tufandi gözəl kəhligimi istir ayırsın fərələrdən
Qeyrətim cuşə gəlir qəmli xəbərdən
Ağ atım –qorxma xətərdən !
Ağ atım ,qol qanatım
Şihə çək , qoy səsivə
Bəlkə yatanlarda oyansın
Yatmağın vaxti dəgil dursun utansın
Yatanın ömrü talansın
Taza nəlin var atım
Çal bu dağın sinəsinə , qoy paralansın
Çal dağın sinəsi batsın , yaralansın
Daşi daşdan , aralansın
Ağ atım , qol qanatım
Daş qayadan aşma çətindi
Qabaq üz yoqquşadi , qaşma çətindi
Dağa dirmaşma çətindi
Daşa , suvxaşma çətindi
Baxma yollari çətindi , oranın heybəti yoxdi
Ağ atim himmət elə !
Qeyrəti yoxdur
Hələ üz yoqquşalar çoxdu qabaqda
Aşmaq olmaz bu ayaqda
Ağ atım , qol qanatım
Bəsdəs ayaq saxlama , gün batdi qaraldi
Gün geçib dağ dalına rəngi saraldi
Dağın üstün duman aldi
Ağ atım , bəs bu nə haldi ?
Bura yağandi atım durma amandi
Ağ atım , qol qanatım
At qədəm aydınlığa sari
Hörkeşən ovlarilan ; çıx sərə yallari , yuxari
Qar qalan dağlara sal bir nəfəsin
Qoy ərisin büz kimi çignindəki qari
Sulari arxlara sal bəlkə suvarsın
Quri qalmış mumalari
Qoy böyük göldə üzüşsünlə yaşıl baş sonalari
Ağ atım
Cəhd elə bari
Səni tari !
Ağ atım , qol qanatım
Təbimin dəryasi coşqundu
Yel əsdir ləpələnsin
Qoy çalım dalğami , dalğam səpələnsin
Qoy yağış tək quruyan
Dağların üstündə ələnsin
Hərzə otlari aparsın
Lala bitsin
Hami güllər təzələnsin
Gülü bülbül yiyələnsin
Ağ atım , qol qanatım
At qədəmin qəleye babəkdən aşaq
Qara günlən savaşaq
At gölündən səs atıb , babəkin halın soruşaq
Yenə tufanda coşaq
Dəryalar tək qovuşaq
Ağ atım , qol qanatım
Şihə çək qoy səsivə
Hacərini tərkini çəksin nəbi gəlsin
Qoy kor oğli atıni dağlara salsın
Eşidib şihəni gəlsin
Əldə kəsgin qılıcila
Boyasın qanə keçəl həmzəni gəlsin
Qoy kərəm sazıni salsın döşünə , çöllərə düşsün
Hay səsi ellərə düşsün
Degilən qəmli kərəm istər əgər , əslini gəlsin
Düşmənin bəlkə kəsək nəslini , gəlsin
Qoy bu dağlarda böyük həlhələ düşsün
Dağlara vəlvələ düşsün !
Ağ atım , qol qanatım
Mənə bir qalği babamdan,bu vərəndildi,bunu çignimə sallam
Qara dağ başıni allam
Ora bir vəlvələ sallam
Ağ atım durma , yubansan , dali qallam
Ağ atım , qol qanatım
Biz əgər qəleye simorğdan aşsaq bizə azdi
Baxma yollar natarazdi
Baxma bu qarli dəməvənd,bu qəfqaz bu hərazdi
Baxma dağda hava dutqundi – ayazdi
Baxma bu qışdi bu yazdi
Ağ atım at qədəmin dərya , dayazdi
Dəryani geçsən əgər şəhr niyazdi
Orda hər qan ki töküldü yerə,azadlıqi yazdi
Bəşər azadlıqa bazdi !
Ağ atım , qol qanatım
Orda dülbərçin otu dört pər açıbdi
Orda dillənməgə dil tazə şirin dillər açıbdi
Orda bağlarda bütün güllər açıbdi
Ağ atım
At qədəm
Aydınlıqa sari !
0 comments:
Post a Comment